Tənqidçi-publisist Azər Turan Şah İsmayılı məzhəbçilikdə ittiham edən şəxslərə əks-dəlillər göstərib.
“Yeni Sabah” xəbər verir ki, o, “Ədəbiyyat” qəzetində dərc olunan məqaləsində qeyd edib:
“Xətaini məzhəb faşizmində suçlayanlara professor İsmayıl Haqqı Uzunçarşılının “Böyük Osmanlı Tarixi” kitabında Xoca Sadəddinin “Tacüt Təvarix” əsərində verilmiş belə bir məlumatı xatırladıram: Dördpendirli pizza
“Padşah Anadoluda aram edən Qızılbaşları təftiş üçün hükkami-məmalikə hökmlər göndərib, yeddi yaşından yetmiş yaşına varınca Qızılbaş olduğu sabit olanların isimlərinin dəftərə qeyd ilə kəndisinə göndərilməsini əmr etmişdi. Padşahın əmri üzərinə təhqiq və təftiş nəticəsində qırx min adam təvkif olunaraq kimi qətl edilmiş və kimisi həbs olunmuşdur”.
Səfəvi təriqətinin saliklərinə ilk öncə Səlim tərəfindən belə amansız divan tutulub.
Bu, Xətainin silahsız-filansız ruhi təlqinlərlə Anadoluya sirayət etdiyi illərin birində və Sultan Səlimin hakimiyyətinin ilk ilində baş verənlərdir. İsmayıl savaş açmır, torpaq istəmir. Səlim isə onu ortadan qaldırmaq üçün bütün tədbirləri görür.
Tekindağ “Yeni qaynaq və vəsiqələrin işığı altında Yavuz Sultan Səlimin İran səfəri” məqaləsində belə faktların bir neçəsini təqdim edib:
Osmanlı müftisi Müfti Həmzə fitva verir ki, “Ey müsəlmanlar! Biliniz ki, rəisləri Ərdəbil oğlu İsmayıl olan qızılbaş taifəsi, Peyğəmbər Əfəndimizin şəriətini, İslam dinini və Qurani-Mübinini xor görməkdədir. Cənab Allahın haram qıldığı xüsuslara halal deyən, Qurani-kərimi atəşə atan, məscidləri, camiləri yıxan, şahlarını büt yapıb səcdəyə gələn... bu qızılbaş taifəsinə qarşı hərb elan edilməsinə fitva verdik... Qızılbaşlarla işbirliyi yapan, onların etdiyini edən də kafirdir. Öldürülən qızılbaşlar cəhənnəmlikdir. Onların nikahları batildir” və s.
Göründüyü kimi, müfti Həmzə Xətaiyə münasibətdə rəngləri çox tündləşdirir”.
A.Turan bildirib ki, Kərbəlada İmam Hüseyn türbəsini, Nəcəfdə Hz. Əli məscidini və b. ziyarətgah və məbədləri azərbaycanlı memarlar Xətainin dövründə, təbii ki, onun istəyi ilə inşa etmişdilər:
“Amma fitvada o, osmanlı cameəsinə, az qala, dövrün dəccalı kimi təqdim edilirdi.
Osmanlının möhtərəmlərindən olan Kamal Paşazadə bu fitvanı əsaslandıran digər fitva verib. Bu fitvaya görə də qızılbaşların öldürülməsi caiz, malları halal, nikahları batil hesab olunurdu və s.
Vaxtilə Valter Hinz qızılbaşlarla nasistləri müqayisə edir, qızılbaşların “Bismi-Şah”ını nasistlərin “Heil Hitler”i ilə müqayisə edirdi. Müqayisə tamamilə yanlış idi. Tutaq ki, Şah İsmayıl Bağdadı savaşsız almışdı. Əgər Şah İsmayılın qızılbaşları Bağdada faşist kimi girirdilərsə, şəhər nə üçün savaşsız təslim olurdu?
Tahsin Yazıcının “Şah İsmayıl” məqaləsində bu məsələyə aydınlıq gətirilmişdir: “Bağdad valisi, içində çox sayıda şiə bulunan şəhəri müqavimət göstərmədən Şaha təslim etdi”.
Aydan Hacı
Telegram kanalımız