Bu prospektə giriş məhdudlaşdırılır
15 May 2020 15:20
573

Bu prospektə giriş məhdudlaşdırılır

Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsindən giriş müvəqqəti məhdudlaşdırılır.

Yenisabah.az-a daxil olan məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq 16 və 17 may tarixlərində Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq. Alternativ olaraq sürücülər Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Oxşar xəbərlər