“Bu, Qarabağ müharibəsinin sülh yolu ilə həllinə ümidi azaldır” – Ordu təlimə başladı

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Qarabağ müharibəsinin sülh yolu ilə həllinə ümidi azaldır” – Ordu təlimə başladı

Siyasət

11 Mart 2019 15:32 1296


Xəbər verdiyimiz kimi Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb. Təlimlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir. 

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov  “Yeni Sabah”a danışarkən  deyib ki, Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alsaq, orduda gedən bütün proseslər, o cümlədən irimiqyaslı təlimlər bilavasitə Ermənistana mesajdır:

“Azərbaycan ordusu təlimdən-təlimə   öz döyüş potensialını artırır. Təlim demək olar ki, döyüş hazırlığının ən üst pilləsidir. Artıq bütün nəzəri və digər biliklər təlimlərdə cəm şəklində öz əksini tapır. Əlbəttə, ordumuz hər hansı təlimi keçirəndə qurduğu ssenari birinci növbədə işğal olunmuş torpaqları azad etmək, düşməni darmadağın etmək, ərazi bötüvlüyünü təmin etməklə bağlı olur. Azərbaycanın bu gün şərti yox, real düşməni var.  Ölkəmizin hər hansı bir hazırlığı,  silahlı qüvvələrdə keçirilən tədbirlər düşməni işğal altında olan torpaqlardan qovmağa hesablanıb. Yeni başlayan genişmiqyaslı hərbi təlimlərin ssenarisi də cəbhə bölgəsində döyüşlərin aktiv fazaya keçməsi istiqamətində ehtimal olunan variantdır. Buna uyğun olaraq təlimlərə cəlb edilən hərbi hissələr , bölmələr, birləşmələr qoyulan tapşırıqları yerinə yetirirlər. Düzdür, biz şəxsi heyətə 20-25 min nəfər cəlb edərək də təlimlər keçirmişik. Ancaq bu dəfəki təlimlərdə daha çox texniki vasitələrə üstünlük verilib. 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası hərbi təlimlərə cəlb olunub və böyük rəqəmlərdir. Bunlar onu göstərir ki, Azərbaycanda alınan texniki vasitələrin tətbiqi və onların təlimlərdə praktiki atışları ilə özünəməxsus yer tutacaq. Atışlar zamanı hətta raketlərin də istifadəsi, müəyyən tapşırıqların yerinə yetirilməsi müşahidə olunacaq. Azərbaycan Silahlı Qüvvələrinin  məqsədi ölkəni xarici düşmənlərdən müdafiə etmək və respublikanın işğal olunmuş torpaqlarını azad edib ərazi bütövlüyünü bərpa etməkdir”. Sezar pizza

Ş.Ramaldanov bildirib ki, Ermənistanı danışıqlarda ciddi tərəf kimi qəbul etmək olmaz:

“Çünki Ermənistan rəhbərliyi və özü heç zaman müstəqil olmayıb. Həmişə havadarlarının fikirləri ilə oturub durublar.  Bu havadarlar xaricdə yaşayan, erməni rəhbərliyinə təzyiq göstərə bilən qüvvələrdir.Ona görə də onlar Ermənistan cəmiyyəti, o cümlədən sabah Azərbaycanın güc variantını işə salması nəticəsində bu ölkədə yaranacaq faciə haqqında düşünmürlər. Bilirsiniz, son hakimiyyət də - Paşinyan da gah nala vurur, gah mıxa…Düşənbə görüşünə kimi Paşinyanın sərt çıxışları olurdu. Lakin  prezident  İlham Əliyev tərəfindən sərt cavab veriləndən, hətta bütün cavabdehliyi Ermənistanın daşıyacağı deyiləndən sonra  Paşinyan masa arxasında oturmağa məcbur oldu. Bundan sonra o, hətta Azərbaycanın ölkə başçısını tərifləməyə, müəyyən jestlər etməyə başladı. İlham Əliyevdən komandasını yığmaq üçün möhlət istədi. Ali baş komandanımız humanistlikdən irəli gələrək bu zamanı ona verdi. İndi görürük ki, Paşinyanın son ifadələri populist çıxışlara bənzəyir. Aydındır, küçə hərəkatı ilə gələn insanın əsas prinsipi populizmdir. Bəzən yersiz, siyasətçi savadına məxsus olmayan ifadələr işlədilir. Əlbəttə, bütün bu ifadələr Azərbaycan və Ermənistan arasında olan müharibənin sülh yolu ilə həllinə ümidi getdikcə azaldır. Bu baxımdan silahlı qüvvələrin bu gün ən müasir texnika ilə təmin edilməsi, yeni silahların alınması, hərbi təlimlərin keçirilməsi onu göstərir ki, Azərbaycanın  Qarabağda işğal olunmuş torpaqları  azad etməsi istiqamətində vəziyyət inkişaf edir”.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlər martın 11-dən 15-dək davam edəcək.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!