Bu qəbiristanlıqda iki yer qalıb - Açıqlama

Bu qəbiristanlıqda iki yer qalıb - Açıqlama

Sosial Veb saytların hazırlanması

11 Fevral 2019 18:29 1342


“Qəbiristanlıqlarda sıxlıq müşahidə olunur. Məsələn, Yasamal qəbiristanlığında sıxlıqdır. Bir-iki nəfər üçün yer var, amma əvvəlcədən yer götürmək qadağan olunub”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib. Onun sözlərinə görə, yeni qanunla qəbiristanlıqlar bələdiyyələrə verilib:

“Qanunda yazılıb ki, bir adam üçün 5 kvadratmetr yer götürülə bilər. Azərbaycanda belə bir tendensiya var ki, ərizə və yaxud sənədlə yanında bir yer saxlamaq olar. Amma 10 kvadratmetrdən yuxarı heç kəsə yer verilmir. Kənar qəbiristanlıqlarda, məsələn Hövsan, Buzovna, Binəqədidə yerlər var. Ən sıxlıq müşahidə olunan Yasamal (Qurd Qapısı), I Fəxri Xiyaban, II Fəxri Xiyaban qəbiristanlıqlarıdır. Əhmədli metrosunun yaxınlığında yerləşən Əhmədli kənd qəbiristanlığında isə ümumiyyətlə, yer yoxdur. Hökumət qərar çıxarıbsa, biz qəbiristanlıqları verəcəyik, problemləri həll etmək isə bələdiyyələrin işidir. İndiyə qədər bütün problemləri həll etmişik, yəqin ki, bələdiyyələr də həll edəcək. Bilmirəm yenidən qəbiristanlıq salacaqlar, ya necə, amma bizdə olan faktiki qəbiristanlıqlar bələdiyyələrə veriləcək”.

Sabir Həsənov əlavə edib ki, Fəxri Xiyabanlar Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin nəzdində qalacaq:

“Neçə qəbiristanlığın bizdə qalacağını bilmirəm, İcra Hakimiyyətindən asılıdır. Biz siyahını vermişik, hansıları verəcəklər və ya qalacaq bununla bağlı komissiya təşkil olunacaq. Bu, artıq bizim işimiz deyil. Fəxri xiyabanlar, əlbəttə, bizdədir, çünki fəxri dəfnlər keçirilir. Söhbət ümumi qəbiristanlıqlardan gedir, yəqin ki, bunlar istisna olacaq”.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!