Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

saytların hazırlanması

Evə çatdırılma

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Avto

04 Avqust 2026 17:05 164


Avtomobil alarkən təkcə mühərrikin gücünə və ya təhlükəsizlik sistemlərinə baxırsınızsa, yanıla bilərsiniz. Aparılan araşdırmalar göstərir ki, adətən yalnız estetik seçim kimi baxılan avtomobilin rəngi yanacaq sərfiyyatına da birbaşa təsir edir.

“Yeni Sabah” xəbər verir ki, "Berkeley Lab" tərəfindən aparılan tədqiqat zamanı rənglərin yanacaq çəninə necə təsir etdiyi üzə çıxıb. Məsələnin sirri günəş işığı və istilik udma qabiliyyətindədir. Tünd rənglər günəş şüalarını süngər kimi udaraq avtomobilin salonunu sürətlə qızdırır, açıq rənglər isə işığı geri əks etdirərək salonun daha sərin qalmasını təmin edir.

Salonun həddindən artıq qızması kondisioner sisteminin daha yüksək güclə və uzun müddət çalışmasına, bu da öz növbəsində mühərrikə əlavə yük mindirərək yanacaq sərfiyyatının artmasına səbəb olur. Tədqiqatın nəticələrinə görə, işığı əksetdirmə dərəcəsi ən yüksək olan ağ, boz və ya gümüşü rəngli avtomobillər yanacaq qənaəti baxımından ən əlverişli mövqedədir. Günəş şüalarını geri dəf edən bu rənglər sayəsində kondisioner daha az çalışır və mühərrik əlavə güc sərf etmir. Toyuqlu pizza

Avtomobillərin rənginə görə yanacaq sərfiyyatı artımı ən azdan ən çoxa doğru ağ (en az istilik udma, maksimum qənaət), boz, sarı, qırmızı, mavi, yaşıl, bənövşəyi, qəhvəyi və qara (ən yüksək istilik udma, maksimum sərfiyyat) şəklində sıralanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!