Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bu şəxslərin bir doza vaksin vurdurması kifayətdir - Nazirlikdən  AÇIQLAMA
08 İyl 2021 12:17
848

Bu şəxslərin bir doza vaksin vurdurması kifayətdir - Nazirlikdən AÇIQLAMA

“6 ay əvvəl koronavirusa yoluxmuş şəxslərin hazırda bir doza vaksin vurdurması kifayətdir”.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur:

“Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Həmçinin peyvəndlənmiş vətəndaşlar ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər