15 Avqust - 16:50
Bu tablo 40 milyona satılacaq - Fotolar

Bu tablo 40 milyona satılacaq - Fotolar

Mədəniyyət

05 Dekabr 2021 22:28 1067


Rəssam Sandro Bottiçelliyə məxsus əsər hərraca çıxarılıb.

Yenisabah.az xəbər verir ki, "Kədər insanı" adlı tablonun 40 milyon avro müqabilində alıcıya təqdim ediləcəyi bildirilib. Hərrac 2022-ci ilin yanvarında keçiriləcək.

Sözügedən əsər 1963-cü ildə hərracda 12 min avrodan aşağı qiymətə satılıb. "Euronews"un məlumatına görə, əgər rəsm təxmin edilən qiymətə alıcı tapsa, keçmiş sahibinə 4000 dəfə qazanc gətirmiş olacaq.

Qeyd edək ki, İsa peyğəmbərin təsvir edildiyi tablo 60 ilə yaxındır şəxsi kolleksiyada saxlanılır. Əsərin XV əsrin sonu və ya XVI əsrin əvvəlləri arasında hazırlandığı təxmin edilir.

/Axsam


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!