Bu yol yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

Bu yol yenidən qurulur

Sosial

07 Fevral 2019 15:47 1236


Xəzər rayonu, Badam Bağları yaşayış massivinin yolları yenidən qurulur.

“Yeni Sabah” xəbər verir ki, aparılan işlər çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yenidənqurma işləri ümumilikdə ilkin mərhələdə 10 km-ə yaxın yolları əhatə edir: Marqarita pizza

““Badam Bağları” yaşayış massivinə gedən yol uzun müddət əsaslı təmir olunmadan  istismar olunduğundan  yol geyimi və yolun əsası  sıradan çıxmışdı. Sözügedən yola paralel olan iki küçə isə torpaq əsaslı olduğundan burda da vətəndaşların xüsusən payız-qış mövsümündə hərəkətində ciddi problemlər yaşanırdı. Artıq bu problemlərin həlli istiqamətində Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılır”.

Qeyd edək ki, təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!