Bu yolda yük maşınlarının hərəkətinə qadağa qoyuldu

Bu yolda yük maşınlarının hərəkətinə qadağa qoyuldu

Rəsmi Veb saytların hazırlanması

09 Fevral 2019 12:39 918


Bu gündən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində yük avtomobillərinin hərəkətinə qadağan qoyulub. 

“Yeni Sabah” xəbər verir ki, buna səbəb həmin yolda təmir işlərinin həyata keçirilməsidir. Minik avtomobillərinin həmin yoldan istfadə etmələri ilə bağlı heç bir qadağa  yoxdu. Lakin yük avtomobilləri alternativ olaraq Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından rahat istifadə edə bilərlər. Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!