Buray azərbaycanlı müğənnini ifşa etdi   – “Etdiyin çox ayıbdır!”

saytların hazırlanması

Evə çatdırılma

Buray azərbaycanlı müğənnini ifşa etdi – “Etdiyin çox ayıbdır!”

Şou

07 May 2020 15:41 1806


Türkiyəli müğənni Buray Əhməd Mustafayevi oğurluqda ittiham edib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o bəstələdiyi mahnının Ə.Mustafayev tərəfindən oxunduğunu gördükdən sonra onu sosial şəbəkədə ifşa edib: “Bu da əmək oğrusu! Mahnının musiqisi və sözlərini öz adına çıxarıb. Nə olursa olsun, yaratdığım əsərin fərqli bir ad altında görülməsi məni kədərləndirir. Sözləri və musiqisini keçdim, uşaqların rəqslərinə qədər kopyalayıb, sonra da söz və mahnı hissəsinə öz adını yazıb”. 

Buray Əhmədin bu hərəkətini izləyicilərinə qarşı hörmətsizlik adlandırıb: “Biz onu məhkəməyə verəcəyik, arxası ilə qaçacayıq filan…Buna dəyərmi? Biz bu mahnını uşaqları sevindirmək üçün ərsəyə gətirmişdik. Ona görə təzminat tələb etməyəcəm. Yolun açıq olsun, azərbaycanlı qardaşım, amma unutma, bu etdiyin bizə yox, öz izləyicilərinə qarşı ayıbdır. Musiqi həyatında uğurlar!". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!