Canlı efirdə müğənniyə evlilik təklif etdi – Azərbaycanda + Video

saytların hazırlanması

Evə çatdırılma

Canlı efirdə müğənniyə evlilik təklif etdi – Azərbaycanda + Video

Şou

18 Aprel 2020 11:52 1604


ATV telekanalında yayımlanan “7 Canlı” verilişində gözlənilməz hadisə yaşanıb. 

Yenisabah.az xəbər verir ki, sözügedən proqramda qonaq olan müğənni Talıb Taleyə canlı efirdə pərəstişkarı evlilik təklifi edib: “Bəlkə də Talıb bəy indi söyləyəcəklərimdən şoka düşəcək, amma bu verilişə məhz onun üçün qatılmışam. Talıb bəy məni tanımır, çünki onun gizli pərəstişkarıyam. Onun şəkillərini yığıb albom etmişəm. Nişanlı olduğundan ürək edib ona yaxınlaşa bilmirdim. Mən ona ürəyimi açmaq istəyirəm. Bilirəm ki, nişanını qaytarıb və hazırda subaydır. Bu mənim üçün böyük fürsətdir. Talıb bəylə evlənmək istəyirəm. Onunla evlənmək istədiyimi hətta ailəm də bilir. Otağımın hər yerində Talıb bəyin fotoları var. Yalnız onun mahnılarına qulaq asıram”. 

Müğənni isə onun təklifini qəbul etməyib: " Xanımın hisslərinə hörmətlə yanaşıram. Müğənni kimi mənə qiymət verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm, amma hələ ki evlilik haqqında düşünmürəm".  Sezar pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!