Cavanşir Məmmədov toy qiymətini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir Məmmədov toy qiymətini açıqladı

Şou

23 İyun 2021 17:02 5190


Bir iyul tarixindən etibarən müəyyən şərtlərlə toyların keçirilməsinə icazə veriləcək. Həmçinin dəvətli sayına da bir sıra məhdudiyyətlər qoyulub.

Şübhəsiz, bu qərara ən çox sevinənlər arasında çörəkpulu toylardan çıxan müğənnilər də var. Sənətçilər bir il yarımdan sonra öz ölkəmizdə keçirilən toylarda ifa edəcəklər.

Mövzu ilə bağlı Yenisabah.az-la həmsöhbət olan Əməkdar artist Cavanşir Məmmədov bu qərara çox sevindiyini söyləyib: Sezar pizza

“Əlbəttə ki, hamı kimi mən də toyların açılması qərarını səbrsizliklə gözləyirdim. Tək biz sənətçilər yox, gəliri toylardan olan hər kəs bunu çoxdan istəyirdi. Bu qərarı yüksək qiymətləndirirəm, sağ olsunlar”.

Sənətçi yeni toy mövsümündə tələb etdiyi qonorar barədə də danışıb:

“Mən toy qiymətlərinə dəyişiklik etməmişəm, qiymətləri qaldırmamışam. Elə dədə-babadan hansı qiymətə gedirdirdimsə, indi də eynidir – 3000-3500-4000 arasıdır qiymətlər. Hansısa həmkarım pandemiyadan sonra qiymətləri qaldırıbsa, buna bir söz deyə bilmərəm, özləri bilər. Mən özümə cavabdehəm, onlara qarışıb “yox, qaldırma” deyə bilmərəm”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!