Əməkdar artist Cavanşir Məmmədov haqqında ölüm xəbəri yayan şəxsdən danışıb.
Yenisabah.az xəbər verir ki, Xəzər telekanalında yayımlanan “5/5” verilişinin qonağı olan ifaçı şayiənin göyərti satan tərəfindən yayıldığını bildirib:
“Bir dəfə Rusiyada yaşayan bir nəfər mənim ölüm xəbərimi yaymışdı. Sonra mənə köməklik etdilər, bu insanı tapdım. Məlum oldu ki, bu, bizim orada yaşayan, bazarda göyərti satan həmyerlimizdir”. Dördpendirli pizza
Əməkdar artist bu şayiələrin həmkarı tərəfindən sifariş olduğunu da açıqlayıb: “Daha sonra videogörüntü ilə mən o insanla əlaqə saxladım, məndən üzr istədi və bunu bir müğənninin sifarişi ilə etdiyini söylədi. O videogörüntü indiyə qədər məndədir, saxlamışam”.
Telegram kanalımız