Çaylarda sel təhlükəsi var  - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Çaylarda sel təhlükəsi var  - Xəbərdarlıq

Sosial

07 Sentyabr 2023 12:43 438


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 10-u gündüzə qədər davam etməsi ilə əlaqədar dağ çaylarında sel təhlükəsi qalmaqdadır. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. 

O bildirib ki, bu müddət ərzində Baləkən-Şəki bölgəsi ərazisindən axan Talaçay, Şinçay, Şişçay, Kürmükçay, Əyriçay, Oğuz-Qəbələ bölgəsi ərazisindən axan Əlicançay, Türyançay, Göyçay, Dəmiraparançay, Dağlıq Şirvan bölgəsi ərazisindən axan Girdimançay, Pirsaatçay və Quba-Qusar bölgəsi ərazisindən axan Qaraçay, Vəlvələçay, Qudyalçay, eyni zamanda, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə bölgəsi ərazisindən axan Ərsikçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Gorançay, Qarabağ-Şərqi Zənzəgur bölgəsi ərazisindən axan Köndələnçay, Quruçay, Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay, Viləşçay, Təngərudçay, Bolqarçay, transsərhəd çay olan Qabırlıçayda sel gözlənilir.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!