Pakistanda 107 nəfəri daşıyan sərnişin təyyarəsi qəzaya uğraması nəticəsində ölənlər arasında Pakistanın məşhur modeli Zara Abidin də olduğu ortaya çıxıb.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Karaçi Bələdiyyə Başçısı təyyarədən heç kəsin sağ çıxmadığını, sərnişin siyahısına görə ölənlər arasında 28 yaşlı modelin olduğunu açıqlayıb.
Qeyd edək ki, ötən gün “Pakistan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Karaçi aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 107 nəfər ölüb. Lahordan yola düşən A320 tipli təyyarədə 99 sərnişin və 8 ekipaj üzvü olub. Marqarita pizza
Telegram kanalımız