Cəbhədə son durum: Rusiya Ukraynanı dayanmadan bombalayır

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədə son durum: Rusiya Ukraynanı dayanmadan bombalayır

Dünya

20 Yanvar 2023 10:41 718


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki son vəziyyət barədə məlumat verib. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, ötən gün ərzində Ukrayna ərazisinə raket hücumlarının artdığı, xüsusən də mülki infrastrukturun hədəf alındığı qeyd olunub. 

Baş Qərargahın məlumatına görə, son sutka ərzində Rusiya Silahlı Qüvvələri Ukrayna ərazilərinə 9 raket zərbəsi və 23 aviazərbə endirib, həmçinin, reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək 80-dən çox atəş açıb.  Dominos pizza

“Ukraynanın bütün ərazilərində mülki obyektlərə qarşı aviasiya və raket zərbələrinin endirilməsi təhdidi xeyli artıb. Rusiya ordusunun əsas hissəsi Baxmut və Avdeyevka istiqamətlərində hücuma yönəldilib”,– deyə məlumatda bildirilib. 

Qeyd edilib ki, Rusiya Krım ərazisində gizli səfərbərliyə başlayıb.

“Xüsusən, Sevastopolda informasiya texnologiyaları mütəxəssisləri, maliyyə sahəsində çalışan işçilər və digər səfərbərlikdən azad edilənlər kateqoriyasına daxil olan insanlar hərbi komissarlıqlara çağırılıblar”, –  Baş Qərargahın məlumatında dərc olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!