Çeçen əslilli “oğru” İslam Edilqiriyev (“İslam Bolşoy”) vəfat edib.
Yenisabah.az xəbər verir ki, o dünən axşam saatlarında yüksək təzyiqdən dünyasını dəyişib. 44 yaşlı “oğru” elə vəfat etdiyi gün torpağa tapşırılıb.
İslam Edilqiriyev 2013-cü ilin iyulunda “oğru” titulu alıb. 2014 və 2015-ci illərdə iki dəfə Moskvada narkotikaya görə “ilişib”.
Bəzi iddialara görə, İslam Edilqiriyevi çeçen oğru dünyasının liderinə çevirmək planı olsa da, sonradan Çeçenistan Respublikasının rəhbərliyi onun üzərindən xətt çəkib.
Kriminal dünyada İslam Edilqiriyevin ölümü birmənalı qarşılanmayıb. Onun öldürüldüyünü ehtimal edənlər də var.
İslam Edilqiriyev çeçen əsilli “oğrular” arasında kifayət qədər nüfuza sahib olub.
Telegram kanalımız