Xəbər verdiyimiz kimi Azərbaycanda şəxs adlarının izahlı lüğətinin yeni nəşrinin hazırlanması üçün işlər aparılır. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Belə ki, o, lüğətin ilkin variantına dilimizə təzə daxil olan 800-ə yaxın şəxs adının əlavə edildiyini də söyləyib.
Diksiya Akademiyası MMC-nin direktoru Cəlalə Nəzəroğlu mövzu ilə əlaqədar olaraq “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, hər sahədə inkişaf var və bu, özü ilə bərabər yeni sözlər də gətirir:
“Hər hansı dilə yeni sözlər daxil edildikdə onu dərhal lüğət tərkibinə əlavə etmirlər. Əvvəlcə müşahidə edirlər ki, söz özünü necə göstərəcək. Əgər dildə vətəndaşlıq hüququ qazanırsa, kifayət qədər işlək vəziyyətə gəlirsə, o zaman lüğətə salırlar. Əslində bu normal haldır, dünyanın bir çox ölkələrində dil ilə bağlı məsələlər bu cür həll olunur. Mətbuatda və sosial şəbəkələrdə bu sözlərin işlənməsi, lüğətə salınması üçün daha çox zərurət yaradır”. Dördpendirli pizza
C.Nəzəroğlu qeyd edib ki, adların qoyulması qanunla tənzimlənir:
“Əgər doğum haqqında şəhadətnamə üçün ASAN Xidmətə müraciət edirlərsə, oradakı əməkdaş təqdim edilən adın siyahıda olub-olmadığına baxır. Onun imtina etmək hüququ, vətandaşın isə məhkəməyə müraciət etmək hüququ var. Bütün hallarda adın nəyə görə qoyulmaması əsaslandırılır.”
Naibə Məmmədova
Telegram kanalımız