Cəlilabadda məktəbin döşəməsi və tavanı çökdü - Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda məktəbin döşəməsi və tavanı çökdü - Fotolar 

Sosial

25 Yanvar 2022 16:21 857


Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, valideynlər bu səbəbdən övladlarını məktəbə göndərmirlər.

Valideynlərin sözlərinə görə, bundan başqa məktəbdə istilik də yoxdur: "Məktəbdə 196 şagird təlim-tərbiyə alır. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən 1-4-cü sinif şagirdləri bu məktəbə gəlir. Digər 5-11-ci sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbinə gedirlər. Məktəb tikiləndən bəri bir dəfə də olsun burada təmir işləri aparılmayıb". Sezar pizza

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbin vəziyyəti ilə bağlı aidiyyəti orqanlara məlumat verilib: "Yaxın vaxtlarda yeni məktəb binası tikiləcək".

Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!