Polşa Cənubi Koreyadan gətirilən haubitsa və tankları ölkənin şərqində yerləşdirmək niyyətindədir.
Yenisabah.az xəbər verir ki, bu barədə oktyabrın 19-da Polşanın müdafiə naziri Mariuş Blaşçak “Twitter” səhifəsində məlumat verib.
“Cənubi Koreyadan silah tədarükü artıq başlayıb. İlk 24 K9 haubitsa artıq Polşaya yollanır və tezliklə ölkənin şərqindəki hərbi hissələrdə xidmət göstərəcək”, – deyə nazir qeyd edib. pizza hut
M. Blaşçak əlavə edib ki, “ilk 10 K2 tankı tezliklə şərq qanadını gücləndirəcək”.
Xatırladaq ki, avqustun sonunda Polşa C. Koreyanın “Hanwha Defence” şirkətiylə K9A1 tipli 600-dən çox özüyeriyən haubitsaların tədarükü üçün müqavilə imzalayıb. İlk hərbi texnikaların bu il gətirilməli, müqavilənin isə 2026-cı ilə qədər tam şəkildə həyata keçirilməli olduğu qeyd olunub.
Həmçinin, avqustun sonunda Polşa C. Koreyanın “Hyundai Rotem” konserni ilə ölkənin 2022-2025-ci illərdə alacağı K2 180 tanklarının tədarükü ilə bağlı müqavilə imzalayıb.
Qeyd edək ki, Polşa tərəfindən logistika paketi, təlim proqramı və sursat ehtiyatı da sifariş edilib.
Telegram kanalımız