Cənubi Sudanda şaxtanın çökməsi nəticəsində azı 82 nəfər ölüb, daha 52 nəfər yaralanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Agentliyin məlumatına görə, dağıntılar altında neçə nəfərin qaldığı hələlik məlum deyil. pizza mizza
Daha əvvəl Cənubi Sudanda qızıl mədəninin çökdüyü və nəticədə onlarla insanın öldüyü bildirilmişdi. Xilasetmə işləri bütün gecə davam edib. İşçilərdən birinin sözlərinə görə, həmin vaxt dağıntılar altından azı 60 nəfərin meyiti çıxarılıb./Oxu.az
Telegram kanalımız