Çətir tutan şəxs işdən ÇIXARILDI

saytların hazırlanması

Evə çatdırılma

Çətir tutan şəxs işdən ÇIXARILDI

Sosial

21 Yanvar 2026 15:50 62142


Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

CityPost.az saytının yazdığına görə, həmin şəxs artıq işdən çıxarılıb. pizza hut

"İsa Həbibbəyli ona çətir tutan şəxsi vəzifəsindən azad edərək başqa vəzifəyə keçirib. Səbəb kimi isə göstərilib ki, onun bu davranışı İsa Həbibbəylini ictimaiyyətin qınağına tuş gətirib",- sayt yazır.

Qeyd edək ki,sözügedən şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Turanə
    Əlini qoyub cibinə, o da yazıq əli dona-dona buna çətir tutub , sonda təşəkkürü..
    4 months ago
  • Aytan
    Çetir tutanmı günahkar, tutduranmı.?
    4 months ago
  • Kərim
    AMEA hər iş görür tək elmdən başqa.
    4 months ago
  • Vətəndaş
    Ölkə gündəminə bax. Guya camaatın qınağını çox da vecləyirlər
    4 months ago
  • Elnur
    Girməyə də imkan vermirsiz)))
    4 months ago
  • Süsən
    Sənə lazım idi çətir tutmaq?
    4 months ago