ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns ötən həftənin sonunda Kiyevə gizli səfər edib.
Yenisabah.az "The Washington Post"a istinadla xəbər verir ki, Börns prezident Vladimir Zelenskiyə Rusiyanın qarşıdakı həftələrdə və aylarda hərbi planları barədə məlumat çatdırıb.
Zelenskidən başqa o, ukraynalı kəşfiyyatçı vəzifədaşları ilə də təmasda olub. pizza mizza
Görüş zamanı Zelenski və onun yüksək rütbəli kəşfiyyat rəsmiləri üçün əsas məsələ Nümayəndələr Palatasının respublikaçıların nəzarətinə keçməsindən sonra Ukraynanın ABŞ və Qərbdən nə qədər yardım gözləyə biləcəyi olub.
Börns etiraf edib ki, nə vaxtsa Ukraynanın kömək alması daha çətin olacaq.
Mənbələr bildiriblər ki, Zelenski və köməkçiləri Co Bayden administrasiyasının Kiyevə dəstəyinin hələ də güclü olduğu təəssüratı ilə görüşdən ayrılıblar. Dekabrda Konqresin Ukraynaya ayırdığı 45 milyard dollarlıq maliyyə ən azı iyul və ya avqust aylarına qədər davam edəcək.
Telegram kanalımız