ÇİN ABŞ-a xəbərdarlıq etdi: “Çox ciddi nəticələr olacaq“

ÇİN ABŞ-a xəbərdarlıq etdi: “Çox ciddi nəticələr olacaq“

Dünya Veb saytların hazırlanması

03 Avqust 2022 11:31 754


 ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin ABŞ-ın Pekindəki səfiri Nikolas Börnsü nazirliyə çağıraraq səfərə etiraz edib.

Yenisabaha.az Sinxua xəbər agentliyinə istinadla xəbər verir ki, xarici işlər nazirinin müavini Xie Fing dünən axşam təcili olaraq səfir Börnsü nazirliyə çağıraraq, səfərin “bir Çin” prinsipini və ABŞ-ın əsasını təşkil edən Üç Birgə Bəyannamədəki öhdəlikləri pozduğunu bildirib. 

Səfərin Çin-ABŞ əlaqələrinin siyasi quruluşuna böyük zərbə vurduğunu, Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirdiyini, Tayvan boğazında sülh və sabitliyin zəmini aşındırdığını, Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə yanlış mesaj verdiyini ifadə edən Şie deyib:

"Bu davranış son dərəcə təhlükəlidir. Bu pis niyyətlidir və nəticələri çox ciddi olacaq. ABŞ hökuməti məsuliyyət daşımalıdır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!