Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...

saytların hazırlanması

Evə çatdırılma

Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...

Avto

14 İyul 2026 11:00 512


“Mən deməzdim ki, Çin avtomobilləri arasında BYD markasının ehtiyat hissələri gec tapılır. Çünki artıq BYD-nin Azərbaycanda rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Rəsmi nümayəndəlik açılana qədər ehtiyat hissələrinin tapılmasında müəyyən çətinliklər ola bilərdi, lakin indi vəziyyət fərqlidir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında  nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, modellərin bir çoxu Azərbaycana qeyri-rəsmi yollarla gətirilir:

“Ümumiyyətlə, bu gün Çində avtomobil sənayesi durmadan inkişaf edir və söhbət kütləvi istehsaldan gedir. Orada, demək olar ki, hər bir marka istehsal olunur və hər ay yeni modellər satışa çıxarılır. Çin əhalisi çox olan bir ölkədir və orada hər ay yeni modelin konveyerdən çıxması artıq normaldır. Problem ondadır ki, bu modellərin bir çoxu Azərbaycana qeyri-rəsmi yollarla gətirilir. Daha sonra həmin avtomobillərdə nasazlıq yarananda ehtiyat hissəsi tapmaq mümkün olmur. Halbuki, hər hansı bir markanın avtomobili rəsmi dilerdən alınarsa və həmin dilerin rəsmi servisi, ehtiyat hissələri bazası varsa, heç bir problem yaranmamalıdır”. Dördpendirli pizza

“Bu gün ölkədə avtomobil alqı-satqısı ilə diletantlar da məşğul olur. Həkimlər, mühəndislər və digər peşə sahibləri Çin bazarından avtomobil gətirib Azərbaycanda əlavə qazanc mənbəyi kimi satırlar. Əlbəttə ki, belə olan halda keyfiyyətli xidmətdən söhbət gedə bilməz. Özünə hörmət edən rəsmi dilerlər ölkədə nümayəndəlik açanda, ilk növbədə, həmin modelin servis şəbəkəsini qurur, ehtiyat hissələrini gətirir, ustalarını sertifikatlaşdırır və müvafiq avadanlıqlarla təmin edirlər. Yalnız bundan sonra satışa başlayırlar. Biz isə bazarda bəzən bunun əksini görürük: maşını tez gətirib satmaq, sadəcə pul qazanmaq istəyirlər və heç bir məsuliyyət daşımırlar. Çox təəssüf ki, bir çox hallarda dövlət qurumları da bu məsələyə göz yumur”.

Ekspert onu da qeyd edib ki, bu cür neqativ hallar rəsmi servislərə də böyük ziyandır.:

“Çünki rəsmi şirkətlər dövlətə vergi verir və satılan hər bir avtomobilə görə zəmanət öhdəliyi daşıyır. Çin maşınlarında təmir vaxtının uzanması rəsmi servislərdə problem yaratmır, bu problem qeyri-rəsmi yolla gətirilən maşınlarda yaşanır. Vətəndaş avtomobili alır, problem çıxanda isə onu harada təmir etdirəcəyini bilmir. Hardansa ehtiyat hissəsi sifariş edir, onun da Çindən gəlib-gəlməyəcəyi sual altında qalır. Çünki bu yolla alınan avtomobillərin heç bir zəmanəti yoxdur. Burda günah bir az da vətəndaşın özündədir. Problemin köklü həlli isə ölkəyə qeyri-leqal, fərdi və fırıldaqçı yollarla avtomobil gətirilməsinin qarşısının alınmasından keçir”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!