Çin benzinlə işləyən avtomobillərdən imtina edir

saytların hazırlanması

Evə çatdırılma

Çin benzinlə işləyən avtomobillərdən imtina edir

Dünya

26 Avqust 2022 13:46 998


Çin benzin və dizellə işləyən avtomobillərdən mərhələli şəkildə imtina edəcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ölkənin Haynan əyaləti 2030-cu ilə qədər daxili yanma mühərrikli avtomobillərin qadağan ediləcəyi ilk əyalət olacaq.

2025-ci ilə qədər əyalətin bütün ictimai nəqliyyatı təmiz enerji ilə işləyəcək. Administrasiya, həmçinin, kömürdən istifadənin azaldılması və külək, dalğa, günəş, geotermal və nüvə enerjisi də daxil olmaqla, bərpa olunan enerji infrastrukturunun inkişafı kimi tədbirləri özündə əks etdirən tropik ada üçün karbon neytrallığı planını dərc edib. pizza mizza

Plana əsasən, üç il ərzində Haynan öz enerjisinin 55%-ni alternativ mənbələrdən təmin etməyi planlaşdırır və 2030-cu ilə qədər bu rəqəm 75%-ə yüksəlməlidir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!