“Dünya iqtisadiyyatı tənəzzül riski ilə üz-üzədir, ona görə də qlobal inkişafa üstünlük vermək və inkişaf etməkdə olan ölkələrə dəstək vermək lazımdır”.
Yenisabah.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Zinpin G20 sammitində çıxışı zamanı deyib.
O bildirib: “Biz daha davamlı qlobal inkişafa töhfə verməliyik. İqtisadi qloballaşma maneələrlə, dünya iqtisadiyyatı isə tənəzzül riski ilə üz-üzədir. Bu, hamı üçün asan olmayacaq və əsas yük inkişaf etməkdə olan ölkələrin üzərinə düşür”. pizza sifarişi
Zinpin vurğulayıb ki, məhz buna görə inkişaf məsələlərinə əvvəlkindən daha çox diqqət yetirilməlidir:
“Biz dünya iqtisadiyyatını bərpa etmək, inkişafı prioritet etmək və insanları mərkəzə qoymaq, inkişaf etmiş ölkələrin çətinliklərini daim xatırlamaq və onların maraqlarını nəzərə almaq üçün tərəfdaşlıq yaratmalıyıq”.
Bununla yanaşı, Si Zinpin Afrika İttifaqının G20-yə üzvlüyünü dəstəklədiyini vurğulayıb.
Telegram kanalımız