Çində zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

saytların hazırlanması

Evə çatdırılma

Çində zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Dünya

20 Dekabr 2023 08:14 489


Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata əsasən, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər qərbindəki Tsinxay əyalətində ölüb.

Qeyd edək ki, Çinin şimal-qərbindəki Qansu əyalətində Pekin vaxtı ilə dekabrın 19-da gecə yarısı maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!