26 May - 11:48
“Corcina ilə evlənəcəm“ - Ronaldo

“Corcina ilə evlənəcəm“ - Ronaldo

İdman

28 Yan 2022 14:46


"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqeslə evlənməyi planlaşdırdığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə "Netflix"də yayımlanan "Mən Corcinayam" adlı sənədli realiti-şouda danışıb. 

“Mən həmişə ona bu barədə deyirəm. Bu, bir ildə, altı ayda və ya bir ayda ola bilər. Toyun baş tutacağına min faiz əminəm”.

Qeyd edək ki, Corcina və Ronaldo 2016-cı ildən sevgilidirlər. Onların Alana Martin adlı bir qızı var.  2021-ci ilin sonunda cütlük əkiz uşaq gözlədiklərini açıqlayıb.


Youtube kanalımız


Digər xəbərlər