Çovdarovun həbsxanadakı lüks şəraiti haqda – Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Çovdarovun həbsxanadakı lüks şəraiti haqda – Rəsmi açıqlama

Siyasət

20 Aprel 2020 12:26 2736


Keçmiş müstəntiq Rüfət Səfərovun həbsxana qeydləri sosial şəbəklərdə müzakirə mövzusuna çevrilib. Şəbəkə üzvləri əsasən keçmiş müstəntiqin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Elçin Quliyev barədə yazdıqlarına diqqət kəsiliblər.

Rüfət Səfərovun yazdıqlarına görə, MTN generalları həbsxanada pis yaşamırmışlar. Xüsusilə, Akif Çovdarov üçün lüks şərait yaradılıbmış. Qadağan olmasına baxmayaraq, Akif Çovdarov hətta mobil telefon saxlayırmış və keçmiş nazir Eldar Mahmudovla danışırmış. 

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Yenisabah.az-a yazılanların əsassız olduğunu bildirib.  pizza hut

“Mən həmin şəxsin yazdıqlarına şərh vermək istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, bütün cəzaçəkmə müəssisələrində bütün məhbuslar üçün şərait eynidir. Heç kimə lüks şərait yaradılması, yaxud hansısa məhbusun mobil telefon saxlamasından söhbət belə gedə bilməz. Bu iddialar əsassızdır”, -deyə Mehman Sadıqov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!