ABŞ KOnqresinin Nümayəndələr Palatası öCOVID-19-un mənşəyi ilə bağlı kəşfiyyat məlumatlarının açıqlanmasına yekdilliklə səs verib.
Yenisabah.az "FOX TV"yə istinadla xəbər verir ki, 419 lehinə səslə (heç kim əleyhinə səs verməyib) təsdiq edilən qanun layihəsi imzalanmaq üçün prezident Co Baydenə göndəriləcək.
Müzakirə qısa olub. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri, respublikaçı Maykl Törner deyib: Dominos pizza
“Amerika ictimaiyyəti COVID-19 pandemiyasının bütün aspektləri üzrə cavablara layiqdir. Sənədə bu virusun necə yaradıldığı və xüsusən də bunun təbii bir hadisə və ya laboratoriya fəaliyyətinin nəticəsi olub-olmaması ilə bağlı suallar daxildir".
Məxfiliyin ləğvi tələbi xüsusilə Çindəki Uhan Virusologiya İnstitutu ilə əlaqəli məlumatlara diqqət yetirir. Sənəd orada aparılan araşdırma ilə DST-nin 11 mart 2020-ci ildə pandemiya elan etdiyi COVID-19 epidemiyası arasında “potensial əlaqə”yə işarə edir.
Telegram kanalımız