Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Cümşüd Nuriyev iqtidara xoş gəlmək istəyir”
28 Noy 2019 05:33
782

“Cümşüd Nuriyev iqtidara xoş gəlmək istəyir”

“Cümşüd Nuriyev Qarabağda döyüşən qadınlar batalyonundan üzr istəyib. Bildirib ki, onun agır sözləri yalnız Xalq Cəbhəsinin nəzdində qadın batalyonuna aid olub, kontekstdən onun dediyi çıxarılıb: "Əgər ifadələrim döyüşdə iştirak edən qadınların xətrinə dəyibsə, mən üzr istəyirəm..””

“Yeni Sabah” xəbər verir ki, bunu siyasi şərhçi İlqar Altay deyib. O, bildirib ki, həmin çıxışdan o da elə qəbul edib ki, sözlər Qarabağda döyüşən qadınlara yönəldilib, çünki işlətdiyi batalyon sözü hərbi döyüş birləşməsini ifadə edir məntiqlə: “Hər halda, bu da bir növ üzr istəməkdir. Amma, kimliyindən asılı olmayaraq, qadını təhqir ermək olmaz! Özü də, Azərbaycan qadınını, özü də kişi xeylağı, özü də rəsmi TV-də

Bizim ölkənin bu saat ən böyük problemi qadın təbəqəsini bu gün 21-ci əsrdə də aşağı, gücsüz tutmağımızdır. Qadınlar, hər bir ölkə, cəmiyyətin tən yarısıdır. Qadınları bilgi, potensiallı olmayıb, qurub yaratmayan ölkə tam inkişaf tapa bilməz.

Çalışmaq lazımdır, qızlara-qadınlara təhsildə və inkişaf-yaradıcılığında birinci növbədə yol açaq. İmkan yaradaq ki, kişilər səviyyəsində özləri də inkişaf etməklə, ölkə inkişafında da, tam iştirak etsinlər. Bu cür qadın aşağılamaları isə, onların mənliyi, hünəri, hüququnu, inkişaf həvəsini qırır. Özü də milyonların izlədiyi TV kanalı qarşısında.

Mən təbii ki, TV-ni günahkar saymıram, senzura qoymayıb ifadə azadlığı şəraiti yaratdığına görə Ancaq, məncə, Cümşüd Nuriyev sabiq deputat, tanınmış politoloq, ictimai xadim olmasıyla, AzTV-nin ona göstərdiyi bu etimaddan gərək sui-istifadə etməyib, sözünün məsuliyyətini biləydi.

Nuriyev ola bilsin ki, fikrində Cəbhə hakimiyyəti davranışını pisləyib, indiki iqtidara xoş gəlməsi üçün. Amma əslində isə, daha çox dövlətçiliyə və dövlət idarə edən iqtidara ziyan vurur. Niyə?

Məsələn, götürək orduda, güc strukturlarındakı fəaliyyətini qurmaqla vətənə xidmət edən mərd qız-qadınlarımızı, yaxud etmək istəyən. Bu çıxış istər-istənəz fikir yarada bilər ki, onların belə bir sənət seçməsi Cümşüd Nuriyev kimilərin artıq-əskik sözü-söhbətinə səbəb ola bilər. Yaxud da, antiazərbaycan erməni təbliğat-təxribatı, sabiq deputatın rəsmi TV tribunasındakı belə çıxışını götürüb yaysa ki, Azərbaycan ordusunda qadın batalyonu kimlərdən təşkil olunub. Kimdir ona baxan ki, bu hansı hakimiyyətin dövrü, ya hansı batalyon olubdu? Azərbaycandır, qurtardı, getdi.

İqtidara siyasi müxaliflər, nə prizmadan tənqid edir bu Nuruyev yanlışını bilmirəm, amma mən və mənim kimi qeyri-siyasi, dövlətçilik-xalqçılıq mövqe, əqidəsində olanlar, bu yöndə yanaşırlar. Yəni nə edirsən et, nə siyasət, ya siyasi rəqiblə, hakimiyyət-müxalifətlə rəqabət aparırsan apar, amma elə et ki, dövlət və xalqa toxunmayasan!”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər