Nərimanovda “KATV1” problemi

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda “KATV1” problemi

Xalqın səsi

24 Oktyabr 2026 10:34 196


Sosial şəbəkələrdə “KATV1” kabel televiziyası operatorunun göstərdiyi xidmətlə bağlı problem ictimailəşdirilib.

“Yeni Sabah” xəbər verir ki, narazılığını bildirən abunəçinin sözlərinə görə, Nərimanov rayonu ərazisində aparılan texniki işlərdən sonra televiziya xətlərində problem yaranıb. Sakin bildirib ki, nasazlıq səbəbindən tam 1 gün televiziya yayımları kəsilib:

“2 gündür də zəng vurub soruşuram, deyirlər düzəlib. Şikayət edirəm ki, kanallar şifrələnib, cavab verirlər ki, qeydə aldıq, usta gələcək. Artıq 4-cü günə keçib, amma gəlib maraqlanan yoxdur”. Sezar pizza

Qeyd edək ki, şikayətçi həmçinin bina rəhbərliyinin yalnız “KATV1” ilə müqavilə bağladığını, bu səbəbdən başqa provayderə keçməyə icazə verilmədiyini deyib. Narazı müştəri əlavə edib ki, televizorda yalnız “KATV1”in öz kanalları yayımlanır, digər kanallar isə bağlı qalıb.

Cəlalə Cəlalqızı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!