“Unibank” ASC-nin xidmətindən narazı olan vətəndaş Orxan Ramaldanov sosial şəbəkədə bankla bağlı şikayətini paylaşıb.
“Yeni sabah” xəbər verir ki, müştərinin sözlərinə görə, son aylarda kredit ödənişlərində etdiyi əlavə ödənişlər əsas borc məbləğindən çıxılmır və bu vəsaitlər hesabda da görünmür. Vətəndaş bildirib ki, bank əməkdaşları pulun hesabda olduğunu desələr də, hər dəfə ödənişdən sonra borcun azalıb-azalmadığını xüsusi yoxlamaq məcburiyyətində qalır.
Şikayətçi əlavə ödənilən məbləğin nə üçün əsas borcu azaltmadığı və hesab balansında əks olunmadığı ilə bağlı bankdan izahat tələb edir. Məişət texnikası
Cəlalə Cəlalqızı
Telegram kanalımız