Daha bir aparıcıdan giley: “40 dərəcə hərarətlə şəkil çəkdirib gülmüşəm“

saytların hazırlanması

Evə çatdırılma

Daha bir aparıcıdan giley: “40 dərəcə hərarətlə şəkil çəkdirib gülmüşəm“

Şou

12 Dekabr 2022 17:53 1071


"İndi də maskadayam. Elə şeylər var ki, düzünü desək, səhv anlayarlar. Özümüz olsaq belə bizi səhv anlayarlar. Ona görə o maskamı çıxarmaq istəmərəm. Ancaq evdə və ya çox yaxın bildiyim dostlarımın əhatəsində olanda o maskanı çıxarıram".

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bunu aparıcı Afaq Gəncəli qonaq olduğu "Söz baz" maqazin verilişində deyib.

O, problemlərindən söz açıb: "Hərdən yaxınlarım mənə söyləyirlər ki, "Axı sən həmin Afaq Gəncəli deyilsən. Niyə özünü bu qədər xoşbəxt göstərirsən?" Bədbəxt qadın deyiləm. O qədər olub ki, 40 dərəcə hərarətlə, canım ağrısa da, məclisdə o qədər gülüb, canımın sağlam olduğunu göstərmişəm ki... pizza mizza

Olub ki, qonaq yaxınlaşıb, şəkil çəkdirmək istəyib. Çəkdirmişəm, sonra da sosial şəbəkədə paylaşılan həmin şəkilə izləyicilər elə xoşaqəlməz şərhlər yazıblar.

Canım ağrıyaraq, 40 dərəcə hərarətlə, şəkil çəkdirib gülmüşəm ki, gülüşümə bu rəyi yazasan? Axı bunu sənə yansıltmıram, bu neqativi ötürmürəm... Bu sənətdə olan hər bir xanım bu peşəni seçibsə və bu sənətdən dörd əl yapışıbsa, "Mən bezmişəm" deməyə ixtiyarı yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!