Böyük Britaniya 11 yeni ad əlavə edərək və 1 düzəlişlə anti-Rusiya sanksiyaları siyahısını genişləndirib.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Britaniya hökumətinin yaydığı bəyanatda bildirilib.
Siyahıya əsasən, rusiyalı iş adamı Süleyman Kərimovun qızı Gülnarə Kərimova, Dağıstanın keçmiş informasiya siyasəti və kütləvi kommunikasiyalar naziri Nəriman Hacıyev, “AFK Sistema” şirkətinin İdarə Heyətinin rəhbəri, MTS şirkətinin direktorları Feliks Yevtuşenkov və onun bacısı Tatyana Yevtuşenkovaya qarşı sanksiyalar tətbiq edilib. Dördpendirli pizza
"USM holding"in həmsahibi Vladimir Skoç, Ukraynanın müxalif siyasətçisi Viktor Medvedçukun arvadı Oksana Marçenkonun da adı siyahıda yer alıb.
Kərimova və Hacıyevin anti-Rusiya sanksiyaları siyahısına salınmasına səbəb Süleyman Kərimovla iddia edilən əlaqə olub. Sonuncu şəxs, Britaniya hakimiyyətinin fikrincə, Ukraynada sabitliyin pozulmasının iştirakçısıdır.
“USM Holding”, “Curzon Square” və “Hanley” biznesmen Əlişir Usmanovla, “Meritservus” isə rusiyalı iş adamı Roman Abramoviçlə əlaqələrə görə sanksiyaya məruz qalıb.
Telegram kanalımız