Daha bir ölkə koronavirus qadağalarını ləğv etdi 

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkə koronavirus qadağalarını ləğv etdi 

Dünya

11 May 2023 09:10 606


Cənubi Koreya koronavirusla əlaqədar 3 il əvvəl tətbiq olunan qadağaları ləğv edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə operativ qərargahın iclasında Cənubi Koreya Prezidenti Yun Sok Yol məlumat verib. 

O qeyd edib ki, COVID-19 virusunun “ciddi xəstəlik” statusu “xəbərdarlıq” səviyyəsinə endirilib.  Dördpendirli pizza

Yeni qərar koronavirusa yoluxanları 7 günlük məcburi karantinə cəlb olunmaqdan azad edir. Yoluxanlara 5 günlük könüllü özünütəcrid tövsiyə olunur. 

Bundan əlavə, qapalı məkanlarda qoruyucu maska taxmaq qaydası da ləğv olunub. 

Xatırladaq ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!