Danimarka XİN Quranın yandırılmasını pislədi

saytların hazırlanması

Evə çatdırılma

Danimarka XİN Quranın yandırılmasını pislədi

Dünya

22 İyul 2023 20:09 801


Danimarka Xarici İşlər Nazirliyi iyulun 21-də paytaxt Kopenhagendə Quranın yandırılmasını pisləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

"Müqəddəs kitabların və digər dini rəmzlərin yandırılması başqalarının dininə hörmətsizlik və utancverici bir hərəkətdir. Bu, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat hesab olunur", - deyə bəyanatda vurğulanır. pizza sifarişi

XİN bəyan edib ki, krallıqda dini etiqad azadlığı və İslam dinini qəbul edənlər var.

Hadisəni sağçı radikal "Danimarka Patriotları" qrupu törədib.

Bu yaxınlarda İsveçin Stokholm şəhərində Qurani-Kərim yandırılıb. Buna Türkiyə, Azərbaycan, İraq və başqa İslam ölkələri etirazını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!