Daşkəsənin yeni icra başçısı: Direktor oğlu - Maraqlı məlumatlar

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsənin yeni icra başçısı: Direktor oğlu - Maraqlı məlumatlar

Sosial

15 İyul 2024 13:31 4578


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə ötən il işdən çıxarılan Əhəd Abıyevi əvəzləyib. 

Yenisabah.az-ın məlumatına görə, Orxan İrşad oğlu Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetinin məzunudur. 

O, əvvəllər Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Orxan Abbasov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini idi.  Sezar pizza

Qeyd edək ki, Orxan Abbasov ziyalı ailəsində dünyaya gəlib. Atası İrşad Ababsov ölkənin sayılıb-seçilən alimlərindən biridir. O, uzun illər Göygöl Dövlət Təbiət Qoruğunun müdiri və Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecin direktoru vəzifəsində çalışıb. 

Aytac ŞAHİN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!