Paşinyan Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Bakıya gəlir

Siyasət

06 May 2026 10:32 468


“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana səfər etmək istədiyini deyəndə “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Bakıda keçiriləcək sammitinə qatılmağı nəzərdə tutur. O, bununla sülh gündəliyinə sadiqliyinə və prosesi davam etdirməyə israrlı olduğuna eyham vurur”.

Bunu “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

Onun fikrincə, proseslər hazırkı qaydada davam edərsə, iki ölkə liderlərinin qarşılıqlı səfərləri istisna deyil: pizza hut

“Bu açıqlama, Ermənistandakı parlament seçkiləri öncəsi xarici müşahidəçilərə bir növ işarədir. Hesab edirəm ki, Paşinyanın Azərbaycana səfərlə bağlı səsləndirdiyi fikir olduqca vacib və maraqlı mesajdır. Əminəm ki, sülh gündəliyinə əməl olunarsa, qarşılıqlı hansısa səfərlərin baş tutması sülh prosesinin bir hissəsi ola bilər”.

Politoloq söyləyib ki, N.Paşinyan seçki öncəsi xeyli qətiyyətli və özündən əmin görünür:

“Qələbəyə inam, istənilən seçkinin qaydası və ənənəsidir. Paşinyan sammitdə səsləndirdiyi qətiyyətli fikirlərlə öz seçicilərinə ümidverici mesajlar ötürdü. Fikrimcə, Paşinyan və partiyası növbəti ay baş tutacaq parlament seçkilərində ən real favoritdir. Sammitdə ən diqqətçəkən məqam, Fransa prezidenti Emmanuel Makronun sanki Paşinyandan incimiş kimi görünməsidir. Bu, ənənəvi olmayan görüntüdür. Fransa rəhbərliyi özünü belə göstərməyə çalışır ki, guya onlar Ermənistanı ermənilərdən də çox istəyirlər. Bu situasiya bir növ Paşinyan və Putin arasında “kim birinci Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb?” disskursiyasına bənzəyir”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitinin plenar iclasında çıxışı zamanı 2028-ci ildə Azərbaycana səfər etmək imkanının olacağına ümid etdiyini bildirib.

Paşinyan xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə Ermənistanda keçirilən tədbirdə iştirak edir. O qeyd edib ki, Azərbaycan lideri sammitə məsafədən qoşulub.

Ermənistanın Baş naziri əlavə edib ki, Ermənistan və Azərbaycan Avropa Siyasi Birliyinin sammitlərinə ev sahibliyi məsələsində bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyiblər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!