DÇ-2026: “Real” futbolçuları irəlidədir

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2026: “Real” futbolçuları irəlidədir

İdman

12 İyul 2026 13:01 76


Madridin “Real” klubunun futbolçuları DÇ-2026-da vurduqları qolların sayına görə yeni rekorda imza atıblar.

"Yeni Sabah" xəbər verir ki, “kral klubu”nun oyunçuları turnirdə ümumilikdə 19 qol vuraraq bir dünya çempionatında eyni klubun futbolçularının ən çox qol vurması rekordunu yeniləyiblər.

Bununla da Madrid təmsilçisi 18 qolla rekorda şərik olan Macarıstanın “Honved” (1954), Almaniyanın “Bavariya” (2014) və Fransanın PSJ (2018) klublarını geridə qoyub. pizza sifarişi

“Real”ın futbolçularından Kilian Mbappe Fransa millisinin heyətində 8, Cud Bellinqem İngiltərə millisində 6, Vinisius Junior Braziliya millisində 4 qol vurub. Arda Gülər isə Türkiyə yığmasının heyətində 1 dəfə fərqlənib.

Tarixi rekorda çevrilən 19-cu qolu Bellinqem Norveçə qarşı keçirilən 1/4 final matçında (2:1) dubl edərək vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!