YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
DÇ: Kamerunlu oyuna Rusiya bayrağının təsviri olan butslarla çıxdı

DÇ: Kamerunlu oyuna Rusiya bayrağının təsviri olan butslarla çıxdı

İdman

24 Noyabr 2022 17:08 482


Kamerun millisinin yarımmüdafiəçisi Qael Ondua dünya çempionatının Qətərdə İsveçrəyə qarşı oyununda Kamerun bayrağı ilə yanaşı, Rusiya Federasiyasının bayrağını əks etdirən butslarda oynayıb.

Yenisabah.az xəbər verir ki, 27 yaşlı futbolçu butsların fotosunu öz "Telegram" kanalında yayımlayıb.

Ondua Rusiya vətəndaşıdır. Uşaqlığını atasının diplomatik fəaliyyəti ilə əlaqədar Rusiyada keçirib, Moskvanın "Lokomotiv" və CSKA gənclər komandalarında oynayıb.

O, İsveçrə ilə matça ehtiyatda başlayıb və 68-ci dəqiqədə meydana daxil olub. Həmin vaxt Kamerun millisi 0:1 hesabı ilə uduzurdu, final fitinə qədər hesab dəyişməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!