Hindistanın paytaxtı Yeni Dehlidə "Hostel Days" yataqxana binasının uçması nəticəsində üç nəfər ölüb, onlarla insan dağıntılar altında qalmış ola bilər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Beşmərtəbəli bina Dehli Universiteti kampusunun yaxınlığında yerləşən özəl tələbə yataqxanaları ilə tanınan, əhalinin sıx məskunlaşdığı Satya-Niketan ərazisində yerləşib. Binanın uçması zamanı zirzəmidə təmir işləri aparılırmış. pizza hut
Yanğınsöndürənlərin məlumatına görə, daha iki insan ağır yaralanıb, altı nəfər isə xilas edilib. 30-40 nəfərin dağıntılar altında qaldığı güman edilir.
"Dağıntılar altında qalan və ya yaralanmış insanların dəqiq sayı hazırda məlum deyil. Əlavə məlumatlar təsdiqləndikcə açıqlanacaq", - Dehli polisinin açıqlamasında deyilir.
Telegram kanalımız