““Kristal Abşeron” tikinti şirkəti sakinlərin həyatına təhlükə yaradır”. Bununla əlaqədar şirkətin Xırdalan ərazisində inşa etdiyi binanın sakinləri müraciət yayıblar.
Müraciətdə qeyd olunur ki, “Kristal Abşeron” şirkəti Xırdalan dəmiryolunun yaxın məsafəsində hündürmərtəbəli binalar tikərək sakinlərə satır. İlkin olaraq həvəsləndirici təkliflərə aldanan sakinlər sonradan binanın təhlükəli ərazidə inşa olunduğunun fərqinə varırlar.
Binalar dəmiryoluna o qədər yaxın məsafədə inşa edilib ki, hətta qatarlar gedən zaman ərazidə titrəyiş belə hiss olunur. Sezar pizza
Digər tərəfdən isə bina sakinləri azyaşlı uşaqların həyatı üçün yaranan təhlükədən narahatdırlar. Onlar hər an qatar təhlükəsilə üzləşə bilərlər.
Azərbaycan qanunlarına görə isə dəmiryolu xəttlərinə yaxın məsafədə evlərin tikintisi qadağandır və belə tikililərin sökülməsi üçün müvafiq addımlar atılır. Həmin sakinlərə kompensasiya ödənilməklə təhlükəsiz ərazilərə köçürülür. Dövlət bu istiqamətdə sağlamlaşdırılma aparmaq üçün heç də az vəsait xərcləmir.
Qeyd edək ki, “Kristal Abşeron” şirkəti millət vəkili Ağalar Vəliyevə məxsusdur.
Demokrat.az
Telegram kanalımız