Deputatın oğlu necə Gömrük Komitəsinin sədri oldu?

saytların hazırlanması

Evə çatdırılma

Deputatın oğlu necə Gömrük Komitəsinin sədri oldu?

Siyasət

08 Mart 2019 15:05 1672


Millət vəkili, akademik İsa Həbibbəyli oğlu Səhət Həbibbəylinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri  vəzifəsinə təyin edilməsinə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, o musavat.com-a müsahibəsində oğlunun həmin komitədə işlədiyini, gömrük sistemində 10 ilə yaxın sədr müavini olduğunu qeyd edib: “Etimad göstərilib, çalışacaq ki, məsuliyyətlə vəzifəsini icra etsin”.

“Bu təyinatda deputat olmağınız, vəzifə tutmağınız nə dərəcədə rol oynadı?” sualına İ. Həbibbəyli belə cavab verib: “Mən Bakıda yaşayıram, tamam başqa sahədə çalışıram. Mətbuat çalışır ki, belə məsələlərdə sensasiya yaratsın. Amma 20 ilə yaxındır ki, ən kiçik işdən, inspektorluqdan, şöbə müdirliyindən müavinliyə qədər bütün təkamül prosesini keçib, etimad göstərilib, o da bu etimadı doğrultmağa çalışacaq”. Dördpendirli pizza

Deputatların maaşlarının artırılması ilə bağlı suala isə akademik cavab vermək istəməyib: “İndi detalları danışmaq doğru deyil. Maaşımız artırılıb, biz bunu dövlətimizin böyük qayğısı hesab edirik və minnətdarlığımızı bildiririk”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!