DGK fevralda büdcəyə ödənişlərini 53% artırıb

saytların hazırlanması

Evə çatdırılma

DGK fevralda büdcəyə ödənişlərini 53% artırıb

İqtisadiyyat

12 Mart 2019 15:03 851


Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 336,033 mln. manat məbləğində vergi və rüsum daxil olub.  Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 116,369 mln. manat və yaxud 53% çoxdur.

Bu barədə "Yeni Sabah"a DGK-dən bildirilib. 

O cümlədən son 1 ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği 13,181 mln. manat və yaxud 22,35% artaraq 72,164 mln. manat, əlavə dəyər vergisinin məbləği 96,952 mln. manat və yaxud 63,9% artaraq 248,643 mln. manat, aksiz vergisinin məbləği 5,658 mln. manat və yaxud 1,9 dəfə artaraq 12,049 mln. manat, yol vergisinin məbləği isə 578 min manat və yaxud  22,2% artaraq 3,177 mln. manat təşkil edib. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!