DİM ümumtəhsil müəssisələrinə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

DİM ümumtəhsil müəssisələrinə müraciət etdi

Sosial

20 İyun 2022 19:30 999


14 iyun 2022-ci il tarixində ümumtəhsil müəssisələrində tədris ilinin başa çatması ilə əlaqədar Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI sinif məzunlarının yekun attestasiyasının aparılması prosesinə başlanılıb.

DİM-dən Yenisabah.az-a verilən xəbərə görə, yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən “Şagird-məzun” sistemində elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

Yekun attestasiyanın aparılması üçün ümumtəhsil müəssisələri məzunlarının illik qiymətləri məktəb əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməlidir. Ümumtəhsil müəssisələrindən xahiş olunur ki, illik qiymətləri yazılmayan və yaxud təsdiq edilməyən məzunların müvafiq məlumatlarının sistemə daxil edilərək təsdiq edilməsini qısa müddət ərzində təmin etməlidilər. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!