“Allahın işi–gücü yoxdurmu?!” - Dinə inanmadığını deyən azərbaycanlı filosofdan ŞOK AÇIQLAMALAR

“Allahın işi–gücü yoxdurmu?!” - Dinə inanmadığını deyən azərbaycanlı filosofdan ŞOK AÇIQLAMALAR
Sent 3, 2019 12:33
Oxunma sayı: 3952

Azərbaycanlı filosof Əlisa Nicat Allahın mövcudluğu ilə bağlı maraqlı fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, Modern.az-a danışan tanınmış yazıçı bu sözləri deyib:

“Axırıncı düşündüyüm mövzu Allahın mövcudluğu məsələsidir. Bunu uzun illər çox düşündüm. Bu mövzuda çox mübahisələr gedib. Kainatda 35 milyon qalaktika var.  Mümkün deyil ki, Allah otursun bu qalaktikaları idarə etsin. Ola bilsin ki, Allah fiziki olaraq mövcud deyil, ruhi bir varlıqdır. Quranda da o, işıq seli kimi təsvir olunur. Amma hər nə də olsa, onun bütün kainatı idarə edə bilməsi mümkün deyil. Amma insanın quruluşu, bədəni elədir ki, onun öz-özünə yaranması real görünmür. Bilirsən də dünyada birinci canlı necə əmələ gəlib. İlk dəfə bir hüceyrə, mikroorqanizm  əmələ gəlib. Dəniz suyunda metallar əriyib, günəş şüası da düşüb su ilıqlaşıb, bir növ bulyon, mikroorqanizmlərin inkişafı üçün münbit şərait yaranıb. İlk canlı hüceyrə də bu mühitdə yaranıb. Bioloqlar da süni yolla həmin mühiti yaradır, ilk hüceyrənin kimyəvi tərkibini də müəyyən edirlər. O cür hüceyrənin süni quruluşunu da yaradırlar, o cür bulyona da buraxırlar. Hər cür şərait yaradırlar. Amma artıq 40-50 ildir nə edirlərsə, mümkün olmur ki, olmur, insan rüşeymi əmələ gəlmir. Cansız materiyanı canlıya çevirmək mümkün olmur. Elm bir təkcə buna nail ola bilmir, ilk hüceyrəni əmələ gətirə bilmirlər. Bu fakt Allahın varlığını sübutudur”.

O, ölüm haqqında düşüncələrini də dilə gətirib: 

“Ölüm haqqında düşünmürəm. Bizim iradəmizdən kənar bir şeydir. Biz düşünsək də, düşünməsək də, istəsək də, istəməsək də, nə vaxtsa baş verəcək. Mən dinə inanmıram. Peyğəmbər böyük şəxsiyyət olub, ağıllı adam olub. Quranı yazıb.Burada heç bir şey göydən – zaddan gəlməyib. Allah göndərməyib. Allahın işi – gücü yoxdurmu?! AllaH, bəlkə də Yerin mövcudluğundan xəbərsizdir. Kainatda Yer kimi bir trilyon yer var. Bir trilyonun içində Allah birinə baxacaq, burada insan yaradacaq?  Allah ancaq Yerdə var. Mənim əqidəmə görə hansısa maddələrin birləşməsi, qeyri – adi mutasiya nəticəsində qeyri-adi Allah yaranıb və onun hər şey etməyə gücü, iradəsi çatırdı. Allah 50 milyon,  yüz milyon il əvvəl yaranıb. İşıq kimidir, onu tutmaq olmaz, vurmaq olmaz. İnsan təbiətin son sözü, son məhsuludur, zamanı yetişdiyində də əbədiyyətə qovuşur”.

Qeyd edək ki, Əlisa Nicat, bəlkə də bu gün İslam dünyasının yaşayan ən güclü filosoflarındandır. 80-ə yaxın kitab və tərcümənin, 1000-dən artıq publisistik məqalə və oçerkin, əvəzsiz tarixi romanların müəllifi, Azərbaycan ədəbiyyatında pritça janrının yaradıcısıdır. 

 

Yenisabah.az