Dizellə bağlı   RƏSMİ MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Dizellə bağlı RƏSMİ MƏLUMAT

İqtisadiyyat

20 Mart 2026 19:36 3322


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 383,2 min ton qazoyl (dizel yanacağı) istehsal olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 74,1 min ton və ya 16,2 faiz azdır. pizza hut

Ötən ilin yanvar-fevral ayında Azərbaycanda 457,3 min ton qazoyl (dizel yanacağı) istehsal olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 824,5 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar–fevral ayları ilə müqayisədə 18,4% azdır.

Neft koksunun istehsalı 9,8% artıb, qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə 70,4% azalıb.\\Bizim.Media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!