“Donuz qripi təhlükəsi koronoavirusdan çoxdur” - Professordan təşvişə salan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Donuz qripi təhlükəsi koronoavirusdan çoxdur” - Professordan təşvişə salan açıqlama

Sağlamlıq

03 Fevral 2020 12:33 1146


Koronavirusun dünya gündəmini zəbt etdiyi bir vaxtda qonşu ölkə Türkiyənin bir çox vilayətində “donuz qripi”nə yoluxanların sayında artım qeydə alınıb. 

"Yeni Sabah" bildirir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, bir neçə gün öncə Diyarbəkirdə bir nəfər bu xəstəliklə əlaqədar vəfat edib. Bu səbəbdən türkiyəli mütəxəssislər koronavirusla bərabər “donuz qripi”nə də diqqət edilməsi barədə tövsiyələrini irəli sürüblər.  Dördpendirli pizza

Diclə Universiteti Tibb Fakültəsinin professoru Əbdurrəhman Şenyigit Türkiyədə “donuz qripi” təhlükəsinin koronoavirusdan daha çox olduğunu deyib.

“Xüsusilə risk altında olanlar mütləq peyvənd edilmədir… Beş yaşından balacalar, 65 yaşdan yuxarılar, xroniki xəstəliyi olanlar, dalağı götürülənlər, şəkərli diabetlər, bronxit xəstəliyi olanlar, astmalı adamlar mütləq peyvənd olunmalıdır”, - deyə o bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!